Əfqanıstandakı hava limanına 20 il sonra ilk mülki təyyarə endi

07:00 22-11-2021 388

Əfqanıstanın Nanqanhar vilayəti Cəlalabad şəhər hava limanına 20 illik fasilədən sonra ilk mülki təyyarə eniş edib.

Humanitar yardım gətirən təyyarə İrandan havaya qalxıb. Əfqanıstana altı ton düyü, dörd ton dərman vasitələri göndərilib.

Şəhər rəhbərliyindən yaxın zamanda aeroportun öz işini tam bərpa edəcəyi, buradan daxili və beynəlxalq reyslərin həyata keçiriləcəyi bildirilib.

Mənbə: TASS