Məşhur cizgi filminin yeni versiyasının ilk treyleri yayımlandı – VİDEO

09:00 22-11-2021 469

“Nu, poqodi!” cizgi filminin yeni versiyasının ilk treyleri təqdim olunub.

Videoçarx “Soyuzmultfilm” studiyasının “YouTube” kanalında yayımlanıb.

Filmin yaradıcıları əsas qəhrəmanları təkcə vizual olaraq yeniləməklə kifayətlənməyiblər. Animasiyadakı bir sıra məsələlər zamanın tələbinə uyğunlaşdırılıb.

Məsələn, canavarın siqaret çəkmək və spirtli içki içmək vərdişləri videooyunlara aludəçiliklə əvəz olunub. Belə ki, hazırda siqaret və spirtli içkilərin ekranda nümayişi qadağandır.

Yeni “Nu, poqodi!”nin dəqiq premyera tarixi açıqlanmasa da, filmin dekabrda ekranlara çıxacağı bildirilb.