Yoldakı qəza kannibalizmin üstünü açdı: “Dilini kəsdim, bişirdim, dadlı deyildi” - FOTO

04:00 23-11-2021 25

Sankt-Peterburq şəhərində baqajında cəsəd olan avtomobillə bağlı qəza Rusiyada ilin ən qaranlıq sensassiyasına səbəb oldu. Şübhəli şəxs kannibalizmi etiraf etsə də, peşman olmadığını vurğulayıb.

Noyabrın 21-də Sortavalada baş verən dəhşətli yol qəzası zamanı başı bədənindən demək olar ki, qopmuş (tək onurğa sütunu ilə birləşmişdi) olan cəsədin baqajdan uçması hadisə şahidlərinə dəhşət yaşadıb. Qəzadan sonra qaçan üç şəxs saxlanılaraq istintaqa başlanılıb. Onların hər üçü cinayəti etiraf edib, motiv kimi isə qisas göstəriblər.

Lakin onların aralarında Yeqor Komarovun ifadəsi daha qorxunc cinayətin üstrünü açıb. Belə ki, o, bundan əvvəl də adam öldürdüyünü və kannibalizmi etiraf edib.

Komarovun sözlərinə görə, dadına baxmaq üçün çoxdan adam öldürmək istəyib, ancaq bu əməli həyata keçirməyə qorxub. Sonda bir il öncə şəhər parklarının birində 38 yaşlı birja brokerini qətlə yetirib, onun dilini kəsib, xırda-xırda doğrayıb və bişirib. Cəsədi isə drenaj borusunda gizlədib

“Dil bişəndən sonra dadına baxdım, ancaq xoşuma gəlmədi. Yəqin bədəninin başqa hissələrinin dadı xoşuma gələrdi”, - deyə o bildirib.

Qeyd edək ki, sonradan cəsəd polis tərəfindən aşkarlansa da, cinayət işinin üstü bu günə qədər açılmamış qalırdı.

Baş verənlərlər əlaqədar cinayət işi açılıb, istintaq davam edir.