Göyçaydakı qətllə bağlı rəsmi AÇIQLAMA

10:00 23-11-2021 399

Noyabrın 22-si saat 18:00 radələrində Göyçay rayonu Bəydövil kənd sakini, 1983-cü il təvəllüdlü Elvin İsmayılova bıçaqla xəsarətlər yetirilməsi və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1974-cü il təvəllüdlü Qılman Mustafayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elvin İsmayılova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qılman Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.