Bakıda bir müddət öncə ərindən ayrılan qadın müəmmalı şəkildə öldü - FOTO/VİDEO

11:00 23-11-2021 28

Bakının Yasamal rayonunda qadın küçədə dünyasını dəyişib.

APA xəbər verir ki, ölüm hadisəsi İnşaatçılar prospektində qeydə alınıb.

Əsgərova Aygün Zöhrab qızının meyiti yaşadığı binanın qarşısında yol kənarındakı səkidə qan içində aşkarlanıb. Məlum olub ki, o, Paşazadə Akif Pünhan oğluna məxsus 99-NS-060 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobildə qan itirib.

Qadın səkidə dünyasını dəyişib. Ölən şəxsin yaxınları hadisə yerinə gəlib. Məlum olub ki, Aygün Əsgərova bir müddət öncə həyat yoldaşından ayrılıb. Övladı isə atasının himayəsində yaşayır.

Hadisə yerinə cəlb olunan Yasamal Rayon Polis İdarəsinin və Yasamal Rayon Prokurorluğunun əməkdaşları istintaq işi aparıb. Sürücü A.Paşazadə saxlanılıb.

Hazırda ölümün səbəbləri araşdırılır. Ekspertin verdiyi məlumata görə, qadının burnundan qan axıb.