Qazaxda qəza: Piyada hadisə yerində öldü

23:00 23-11-2021 377

Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.

Belə ki, hərəkətdə olan TIR piyadanı vurub. 

Nəticədə 2004-cü il təvəllüdlü L.Süleymanova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.