Paşinyan: “İlham Əliyevlə Soçi və Brüsseldəki görüşlər bir-birilə ziddiyyət təşkil etmir”

00:00 24-11-2021 367

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın vasitəçiliyilə noyabrın 26-da Soçidə və Avropa İttifağının vasitəçiliyilə dekabrın 15-də Brüsseldə keçiriləcə görüşlər görüşlər bir-birilə ziddiyyət təşkil etmir .

Bu fikri o, onlayn mətvuat konfransı zamanı səsləndirib.

“Brüssel və Soçi görüşlərini bir-birinə qarşı qoymaq cəhdləri var. Burada heç bir ziddiyyət yoxdur. Çünki bizim tərəfdaşlarımızın faydalı ola biləcək vasitəçiliyindən imtina etməyə haqqımız yoxdur. Biz vəziyyəti sabitləşdirmək üçün onların kömək etmək istəyindən, bilik və təcrübəsindən istifadə etməliyik”, - deyə Paşinyan bildirib.