Orqanizmə zərər verəcək “faydalı” məhsullar açıqlandı - FOTO

04:00 24-11-2021 381

Rusiyalı həkim dietoloq Yevgeni Arzamatsev orqanizmə zərər verə biləcək “faydalı” məhsullar barədə xəbərdarlıq edib.

Dietoloq qeyd edib ki, tunes balığı sağlamlıq üçün təhlükə yarada bilər. Həyatı boyu bu balıq ağır metalları, o cümlədən civəni orqanizmində toplayır.

“Tunes balığının uzun ömürlü böyük balıq olduğunu başa düşmək vacibdir. Balıq nə qədər uzun yaşayırsa, bir o qədər zərərli komponentlər toplaya bilər”, deyə Arzamastsev bildirib.

Həkim həmçinin tez bişən yulaf əzməsinin də zərərli ola biləcəyini deyib. Sürətlə həzm olunduğu üçün o, orqanizmdə metabolik pozğunluqlara səbəb ola bilər.

Bundan başqa yoqurt da zərərli ola bilər. Dietoloqun sözlərinə görə, bu məhsulu daha dadlı etmək üçün istehsalçılar ona konservantlar, boyalar və şəkər əlavə edirlər.

Arzamastsev başqa ölkələrdən gətirilən almaları da diqqətlə seçməyi məsləhət görüb. Onlar emal edilə bilər, həmçinin meyvənin gözəl görünməsi üçün qabığı mumlanır.