İŞİD terrorçuları taliblərə təslim oldular

23:00 24-11-2021 373

Əfqanıstanın Nanqarhar ərazisində ən azı 80 İŞİD terrorçusu “Taliban”ın təhlükəsizlik qüvvələrinə təslim olub.

 Qeyd olunub ki, terrorçuların təslim olmasında ağsaqqalların böyük rolu olub.

Xatırladaq ki, son üç ayda Əfqanıstanın müxtəlif ərazilərində çox sayda terror aktları baş verib. Onların böyük əksəriyyətində İŞİD terror qruplaşması məsuliyyəti üzərinə götürüb.

Mənbə: TASS