Santa Klaus hədiyyələrini də götürüb dünya səyahətinə çıxdı

06:00 25-12-2021 716

Milad bayramı ərəfəsində planetin əsas Santa Klausu dünya səyahətinə yollanıb.

Söhbət Finlandiyanın Rovaniemi kəndində yaşayan əsas Santa Klausdan gedir.

Rəvayətə görə, əsl Santa Klausun vətəni məhz qarlı Laplandiyanın bu ərazisidir.

Dünyadakı epidemioloji vəziyyətə baxmayaraq, Santa Klausun dünyanın bütün ölkələrini ziyarət edəcəyi bildirilir.

Onun hərəkəti Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) tərəfindən izləniləcək.

Mənbə: REN TV