“Liverpul”un əfsanəsi koronavirusa yoluxub - FOTO

01:00 26-12-2021 464

“Liverpul”un və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi, hazırda isə “Aston Villa” klubunun baş məşqçisi olan Stiven Cerrard COVID-19-a yoluxub.

Bununla əlaqədar olaraq 41 yaşlı mütəxəssis qarşıda gözlənilən “Çelsi” və “Lids”lə Premyer Liqa qarşılaşmalarında komandasının yanında ola bilməyəcək.

Qeyd edək ki, Stiven Cerrardın çalışdırdığı “Aston Villa” 17 oyundan 22 xal toplayıb və turnir cədvəlinin 10-cu yerində qərarlaşıb.

Mənbə: “Aston Villa” klubunun rəsmi “Twitter” səhifəsi