Qubada uşaqların qar sevinci – VİDEO

14:00 26-12-2021 458

Qarın yağması bir çox hallarda böyüklərin işini çətinləşdirsə də, uşaqların sevincinə səbəb olur. Qartopu oynamaq, qara adamı düzəltmək, xizəklərlə sürüşmək onların ən sevimli əyləncəsi sayılır. 

Kəndlərdə yaşayan uşaqlar isə belə günləri daha maraqlı keçirirlər. 

Onlar deyir ki, qış gələr-gəlməz qar kefini yaşamaq üçün özlərinə bu xizəkləri düzəldərək qarın yağmasını həvəslə gözləyirlər. Qar yağan kimi isə hərkəs kirşəsini götürüb əylənməyə qaçır. 

Daha ətraflı Baku TV-nin süjetində: