Ronaldu bütün zamanların ən yaxşı bombardiri seçildi

22:00 27-12-2021 58

Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi “Globe Soccer Awards”ın bütün zamanların ən yaxşı bombardiri mükafatının sahibi məlum olub.

Mükafat ilin ilk yarısını “Yuventus”da keçirmiş, hazırda isə “Mançester Yunayted”də çıxış edən Kriştianu Ronalduya verilib.

36 yaşlı portuqaliyalı 2021-ci ildə 46, karyerası ərzində isə 800-də çox qol vurub.

PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappe 2021-ci ilin ən yaxşı oyunçusu olub.

“Bayern” Münhenin və Polşa yığmasının hücumçusu Robert Levandovski isə ilin ən yaxşı bombardirinə verilən Maradona mükafatını alıb. O, 2021-ci ildə 69 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

Mənbə: Sports.ru