Amerikalı qadın səhvən lotereyada böyük uduş əldə edib

01:00 29-12-2021 430

ABŞ-ın Merilend ştatından olan bir qadın lotereya bileti satışı üçün avtomatda səhv düyməni basaraq 50 min dollar qazanıb.

O, adətən bu lotereyanın biletini almadığını, avtomat qarşısında olarkən səhv etdiyini bildirib.

Lakin şanslı bileti evdə skan edən xanım gördüklərinə inanamayıb. O, bileti təkrarən bir daha yoxlayıb və 50 min dollar qazandığından əmin olub.

Bəxti gətirən xanım uduşun bir hissəsinin evin təmirinə xərcləyəcəyini söyləyib.

Mənbə: “RİA Novosti”