Kaliforniyada şəxsi təyyarə yaşayış massivinə düşüb – VİDEO

04:00 29-12-2021 410

ABŞ-ın Kaliforniya ştatının El-Kajon şəhərində şəxsi təyyarə yaşayış massivində qəzaya uğrayıb. Yanan qalıqlar bütün əraziyə səpələnib, yüzlərlə yerli sakin işıqsız qalıb.

Qəzaya uğrayan Learjet gəmisinin göyərtəsində neçə nəfərin olduğu hələlik məlum deyil. Bununla belə, təyyarə qəzasında sağ qalanın olmadığı bildirilir. Rayon sakinlərindən heç kim xəsarət almayıb, evlərə də ziyan dəyməyib.

Fövqəladə hadisə yerində əməliyyat xidmətləri işlərini davam etdirir.

Mənbə: Vesti