Yaponiya yerli sakinlərin sağlamlığına görə rekord vurdu - VİDEO

15:00 29-12-2021 616

Yaponiya hökuməti yerli əhalinin uzunmüddətli tibbi yardım almadan aktiv ola biləcəyi orta ömür müddətini əks etdirən rekord göstərici qeydə alıb.

200 minə yaxın ailənin iştirak etdiyi sorğunun nəticələrinə görə, bu rəqəm yaponlarda 72,68 yaş, yapon qadınlarda isə 75,38 yaş təşkil edir.

Bu tədqiqatın ilk dəfə aparıldığı 2001-ci ildən bəri kişilər üçün gözlənilən sağlam ömür uzunluğu 3,28 il, qadınlar üçün isə 2,73 il artıb.

Hakimiyyət orqanlarının proqnozlarına görə, 2040-cı ilə qədər yaşlı həmvətənlərin xüsusi çəkisi ölkə əhalisinin ümumi sayının 35,3%-nə çata bilər. Hazırda bu göstərici 29,1% təşkil edir.

Mənbə: TASS