Misir prezidenti ölkədə dekorativ güllərin yetişdirilməsini qadağan etdi

01:00 30-12-2021 529

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkə ərazisində petuniya bitkisinin yetişdirilməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edib.

O, qadağaya səbəb kimi daha ​​faydalı bitkilər üçün su ehtiyatlarının mühafizəsini göstərib.

Bəzi misirlilər qərara etiraz edib. Belə ki, dekorativ gül olan petuniya Misirdə mühüm ixrac məhsullarından biridir.

Məlumat üçün qeyd edək ki, petun sözü portuqal dilində “tütün” deməkdir. Bu onunla izah olunur ki, petuniya tütünlə eyni fəsiləyə aiddir və oxşardır.

Mənbə: Haber Global