“Arsenal”ın baş məşqçisi prinsipial oyün öncəsi komandasını tək qoydu

07:00 30-12-2021 726

İngiltərənin “Arsenal” klubunun ispaniyalı baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub.

Klubdan verilən məlumatda qeyd olunur ki, mütəxəssis özünütəcrid rejiminə keçib və İngiltərə Premyer Liqasında “Mançester Siti” ilə ev oyununda iştirak etməyəcək.

Oyun yanvarın birində Londondakı “Emirates Stadium”da keçiriləcək.

Arsenal.com