Britaniyada krallıq mühafizəçisi yoluna çıxan uşağı əzib keçdi - VİDEO

03:00 31-12-2021 661

Böyük Britaniya krallıq mühafizəçisi yürüş zamanı qarşısına çıxan uşağa məhəl qoymayaraq yoluna davam edib.

Ölkə gündəminə çevrilən hadisə insanlar arasında birmənalı qarşılanmayıb.

Belə ki, mühafizəçi adi yürüş zamanı qarşısında dayanan uşağı yıxaraq yoluna davam edib. Həmin anlar yürüşü izləyən şəxslərdən birinin mobil telefon kamerasına düşüb. Sosial şəbəkələrdə sürətlə yayılan görüntü 1 milyon 800 min baxış toplayıb.

Bəzi sosial şəbəkə istifadəçiləri mühafizəçinin uşağı yıxmamalı olduğunu əsas gətirərək vəziyyətə reaksiya veriblər. Digərləri isə mühafizəçini müdafiə edərək, onun öz işi ilə məşğul olduğunu deyib, valideynlərin uşaqlarına baxmalı olduğunu bildiriblər.

Mənbə: İHA