Tanınmış ictimai xadim Ramiz Abutalıbov vəfat edib

21:00 01-01-2022 439

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbov vəfat edib.

Bu barədə onun dostu Tahir Tahiroviç feysbukdakı hesabında bildirib.

Qeyd edək ki, R.Abutalıbov ötən ilin noyabrında yıxılaraq zədə almışdı, o, bu səbəbdən yaşadığı Moskva şəhərində xəstəxanaya yerləşdirilmişdi.

R.Abutalıbov bu gün Moskvada dünyasını dəyişib.