Cənubi koreyalı KXDR-ə qaçıb

06:00 03-01-2022 173

Cənubi Koreya vətəndaşı Şimali Koreya ilə quru sərhədini keçib.

Həmvətənləri olan hərbçilərin onu dayandırmaq cəhdləri uğursuz olub.

Cənubi Koreya rəsmiləri bazar günü səhər saatlarında sərhəddə baş verən insidentlə bağlı Şimali Koreyaya mesaj göndərib. Lakin sərhəd pozucusunun taleyi qeyri-müəyyən olaraq qalır.

Belə ki, Şimali Koreyada COVID-19-a qarşı sərhəd nəzarətini gücləndirmək məqsədilə hədəfə atəş prinsipi qüvvədədir.

Mənbə: iz.ru