Kürdəmirdə gənc qadın dəm qazından zəhərlənib
19:00 03-01-2022 391

Kürdəmir sakini dəm qazından zəhərlənib.
“Report” xəbər verir ki, hadisə rayonun 69-cu məhəllə adlanan ərazisində baş verib. Belə ki, 29 yaşlı Qədirova Şəfa Arif qızı hamamda dəm qazından zəhərlənib.
O, yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.