Nüvə dövlətləri müharibəyə qarşı birgə bəyanatla çıxış edib

20:00 03-01-2022 116

Rusiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Çin, ABŞ və Fransa liderləri “Nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması haqqında” birgə bəyanat qəbul ediblər.

Sənəd bazar ertəsi Kremlin saytında dərc olunub.

“Çin Xalq Respublikası, Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları və Fransa Respublikası nüvə silahına malik dövlətlər arasında müharibənin qarşısının alınmasını və strateji risklərin azaldılmasını özlərinin əsas məsuliyyəti hesab edirlər. Biz bəyan edirik ki, nüvə müharibəsində qalib ola bilməz və bu, heç vaxt baş verməməlidir”, - deyə sənəddə bildirilib.

Bəyanatda qeyd olunub ki, nüvə silahları sənədi imzalayan dövlətlərdən hər hansı birinə və ya başqa dövlətə qarşı yönəlməyib.

Mənbə: TASS

Xəbər lenti