“Bavariya” vaxtilə Riberinin “Real”a keçidinin qarşısını halal qida ilə alıb

02:00 04-01-2022 537

“Bavariya”nın fəxri prezidenti Uli Höness həyat yoldaşının yarımmüdafiəçi Frank Riberinin “Real Madrid”ə transferinin qarşısını almaq üçün alman komandasına necə kömək etdiyindən danışıb.

“Mənim gözəl ailəm var. Onsuz futbolda heç nə mümkün olmazdı. Menecer kimi insanları evə nahara aparırdım və Süzi nəsə fikirləşirdi. Məsələn, 2010-cu ildə Frank Riberinin “Bayern”dəki hekayəsi bitmiş kimi görünəndə, agentləri onu az qala “Real”a satmışdılar. Biz Frank və həyat yoldaşı Vahibəni şam yeməyinə dəvət etdik. Süzi xüsusilə Vahibə üçün halal yemək hazırladı. Gözəl axşam idi və yeməkdən sonra Vahibə dedi ki, Frank, biz Münhendə qalırıq”, – deyə Höness xatırlayıb.

Qeyd edək ki, Riberi 2006-cı ildə İslamı qəbul edib. Onun həyat yoldaşı Vahibə əlcəzairli müsəlmandır. Cütlüyün dörd övladı var.

Mənbə: Sports.ru