Planetdəki “ən yaraşıqlı kişi” həbsdədir

04:00 04-01-2022 474

Planetin ən gözəl insanlarının illik reytinqini dərc edən “TC Candler” saytının seçdiyi “ən yaraşıqlı kişi” hazırda həbsdədir.

Üç il müddətinə həbs edilən 25 yaşlı Myanma sakini Painq Takhon sorğuya əsasən qalib seçilib.

Gəncin həbsinə səbəb 2021-ci ildə ölkədə baş verən hərbi çevrilişə qarşı aktiv etirazı olub.

“Biz hərbi çevrilişi qətiyyətlə pisləyirik. Biz Dövlət müşaviri Aun San Su Çjinin, prezident U Vin Myintin dərhal azad olunmasını tələb edirik”, - deyə Takhon sosial media səhifəsində bildirib. O, həmçinin 2020-ci il seçkilərinin nəticələrinə hörmət etməyə və mümkün qədər tez yeni mülki hökumətin formalaşmasına çağırıb.

O, həbsxanaya düşənə qədər də etirazlarda iştirak edib.

“Yaraşıqlı kişi”nin pərəstişkarları siyasi məhbusun azad edilməsi üçün ictimai hərəkat təşkil etsə də, hələlik heç bir nəticəsi olmayıb.

Takhon vətənində “Instagram”da bir milyon izləyicisi ilə model, aktyor və bloqer kimi şöhrət qazanıb.

Mənbə: Mk.ru