“Nike” və “Adidas” üçün geyim istehsal edən şirkət bir sutkada 750 milyon dollar itirdi

07:00 04-01-2022 409

Milyarder Ma Jianronqun ailə sərvəti 24 saat ərzində 750 milyon dollar azalıb.

Buna Çində tətbiq edilən karantin tədbirləri səbəb olub.

Belə ki, ailəyə məxsus Çinin ən böyük tekstil ixracatçılarından biri olan “Shenzhou International”ın fabriklərində istehsal dayandırılıb ki, bu da ailəyə baha başa  gəlib.

Qeyd edək ki, Çinin Ninqbo bölgəsində on koronavirus xəstəsi aşkar edildikdən sonra karantin tətbiq edilib və sakinlərin universal test yoxlanışına başlanıb. Bu qərardan sonra “Shenzhou International”ın səhmləri təxminən 10% ucuzlaşıb.

Onu da bildirək ki, adıçəkilən şirkət “Nike”, “Uniqlo” və “Adidas” da daxil olmaqla, beynəlxalq brendlər üçün idman geyimləri istehsal və ixrac edir.

Mənbə: rbc.ru