Goranboyda avtomobil aşdı: Sürücü öldü

10:00 04-01-2022 526

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Faxralı kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü, 1967-ci il təvəllüdlü Quliyev Mahir xəsarət alaraq xəstəxanaya yerləşdirilib. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.