Şirvanda intihara cəhd oldu

23:00 04-01-2022 100

Şirvanda intihara cəhdin qarşısı alınıb.

Bu barədə HerGun.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Şirvan şəhərində 1 nəfər ikimərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o özünə qəsd etmək fikrindən daşınıb.

Xəbər lenti