Bayram günlərində kütləvi zəhərlənmə qeydə alınıb? - RƏSMİ

16:00 05-01-2022 159

“Qida zəhərlənmələri yeni ildə elə də çox deyildi”.

HerGun.Az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.

O bildirib ki, daxil olan şikayətlər arasında qida zəhərlənməsi ilə müraciətlər digərləri ilə müqayisədə çox olmayıb:

“Bayram günlərində məsul şəxslər növbəli qrafikə uyğun şəkildə fəaliyyət göstərib. Çox yaxşı haldır ki, bayram günlərində fövqəladə hal baş verməyib və kütləvi qida zəhərlənmələri olmayıb”.

Könül Cəfərli