Bakıda oğurlanmış iki yaşlı körpə tapıldı? - AÇIQLAMA
18:00 05-01-2022 500
Ötən il dekabrın sonlarında Bakıda naməlum qadının iki yaşlı Məhəmməd adlı uşağı qaçırdığına dair vermişdik.
HerGun.Az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınmışdı.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Sabunçu RPİ istintaq şöbəsində cinayət işi başlayıb:
“İntensiv əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
Könül Cəfərli