Paşinyan: “KTMT-yə üzv dövlətlərin rəhbərləri ilə Qazaxıstana dair məsləhətləşmələrə başlayıram”

00:00 06-01-2022 395

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığından sonra Qazaxıstandakı vəziyyətlə əlaqədar digər KTMT ölkələrinin rəhbərləri ilə məsləhətləşmələrə başladığını bildirib.

Bu barədə erməni mediası məlumat yayıb.

“Mən bir az əvvəl Qazaxıstan prezidenti Kasım-Jomard Tokayevlə telefonla danışdım. Qazaxıstan Prezidentinin bəyanatını nəzərə alaraq, KTMT sədri kimi dərhal üzv dövlətlərin rəhbərləri ilə məsləhətləşmələrə başlayıram”, - deyə Paşinyan bildirib.