ABŞ Dövlət Departamentindən Qazaxıstan hadisələri ilə bağlı XƏBƏRDARLIQ

01:00 06-01-2022 121

ABŞ Dövlət Departamenti Qazaxıstandakı Amerika vətəndaşlarını son günlər bütün ölkəni bürümüş nümayiş meydançalarından çəkinməyə çağırıb.

Bəyanatda nümayişçilərin zorakılığı, kütləvi həbslər, nəqliyyat və internet əlaqəsinin kəsilməsi qeyd olunub.

Həmçinin, səfirlik əməkdaşlarına böyük izdiham gördükdə ehtiyatlı olmaq tapşırılıb. Hətta dinc xarakterli nümayişlərin belə qarşıdurmaya və zorakılığa səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

Mənbə: “RİA Novosti”