Corc Floydun dörd yaşlı bacısı qızı güllələnib – FOTO/VİDEO

03:00 06-01-2022 473

Polisin kobud rəftarı nəticəsində ölən afro-amerikalı Corc Floydun dörd yaşlı qardaşı qızı gülləlib.

Hadisə ABŞ-ın Florida ştatında baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Polisin məlumatına görə, naməlum şəxs dörd yetkin şəxsin və iki uşağın olduğu mənzilə bir neçə dəfə atəş açıb.

Floydun bacısı Latoniyanın sözlərinə görə, qız qarnından yaralanıb və bir neçə qabırğası deşilib.

Uşaq artıq əməliyyat olunub və hazırda vəziyyətinin yaxşı olduğu deyilir.

Xatırladaq ki, Corc Floyd ötən ilin mayın 25-də polis tərəfindən zaman qətlə yetirilib.

Mənbə: FOX9