“Milan”ın futbolçularında koronavirus aşkarlandı

11:00 06-01-2022 164

İtaliyanın “Milan” futbol klubunun 3 futbolçusunun koronavirus testi müsbət çıxıb.

“Klub üç oyunçunun COVID-19 testinin müsbət çıxdığını təsdiqləyir. Futbolçular özlərini yaxşı hiss edirlər və indi onlar səhiyyə orqanlarından alınan göstərişlərə uyğun olaraq karantin müddətinə əməl edəcəklər. Cümə axşamı bütün komanda reqlamentə uyğun olaraq testdən keçiriləcək”, - deyə klubun rəsmi saytında bildirilir.

Koronavirus Fikayo Tomori, Alessio Romaqnoli və David Kalabriyada aşkarlanıb.

Bu gün, yanvarın 6-da İtaliya çempionatının 20-ci turunun ev oyununda “Milan” “Roma”nı qəbul edəcək.

Turnir cədvəlində 42 xalı olan “Milan” lider “İnter”dən 4 xal geri qalaraq ikinci yerdə qərarlaşıb. 32 xalı olan “Roma” isə altıncı yerdədir.

Mənbə: Sky Sport Italia