Bakıda kəsişmədən keçən avtomobil iki maşına çırpılıb – FOTO

00:00 07-01-2022 537

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Atatürk ilə Ziya Bünyadov prospektlərinin kəsişməsində qeydə alınıb.

Hələlik sürücüsünün şəxsiyyəti naməlum olan “BMW” markalı nəqliyyat vasitəsi işıqforla tənzimlənən yol kəsişməsindən keçərkən “Toyota” və “Hyundai”-a çırpıb. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.