Keçmiş “Miss Kainat” müsabiqəsinin iştirakçısı COVID-19-un qeyri-adi fəsadından danışdı - FOTO

08:00 07-01-2022 499

“Miss Kainat” müsabiqəsinin avstraliyalı iştirakçısı (2020-ci il) Olivia Molli Rocers özünün “Instagram” hesabından koronavirusa yoluxmasından və bunun qeyri-adi fəsadından danışıb.

Modelin sözlərinə görə, o və nişanlısı koronavirusa yoluxub. Bundan sonra onda mütəmadi olaraq qəfil və davamlı gəyirmə baş verir. Məsələ burasındadır ki, Rocersin dörd həftə sonra toyu olacaq, lakin xəstəliyi ilə əlaqədar o, evdə qalmaq məcburiyyətindədir. Bu səbəbdən onlar hətta itlərini dostlarına tapşırıblar ki, onlar heyvanı gəzintiyə çıxarsınlar, qulluq eləsinlər.

Bununla belə, model karantin və ya öz halından daha çox, xəstəliyin qəribə bir yan təsirindən narahatdır.

“Kəskin öskürəyi olanların hamısına sevgilər göndərirəm. Ümid edirəm ki, sizdə mənim qədər çox gəyirmə yoxdur - bu, yəqin ki, ən qəribə simptomdur”, - deyə Rocers yazıb.