Vətəndaşların NƏZƏRİNƏ: Avtobusun hərəkət sxemi dəyişdirildi

13:00 07-01-2022 417

Bakıda sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq məqsədilə 93 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, dəyişikliyə əsasən, yanvarın 8-dən 93 nömrəli müntəzəm marşrut xəttinin (“Dərnəgül” metro stansiyası - Sabunçu qəsəbəsi) hərəkət sxemi Abay Kunanbayev (7-ci mikrorayon) və Süleyman Sani Axundov (“Azadlıq prospekti” metro stansiyası) küçələrindən keçməklə təşkil ediləcək.