Cokoviç azarkeşlərə müraciət edib - FOTO
06:00 08-01-2022 496

Serb tennisçi Novak Cokoviç “Instagram” səhifəsində fanatlarına mesaj yazıb.
“Dünyanın hər yerindən olan insanlara daimi dəstəyə görə təşəkkür edirəm. Mən bunu hiss edirəm və buna görə çox minnətdaram”, - deyə Cokoviç serb və ingilis dillərində azarkeşlərinə müraciət edib.
Qeyd edək ki, yanvarın 5-də Cokoviçə Avstraliyaya giriş icazəsi verilməyib. Belə ki, onun vizasında COVID vaksinasiyaya dair məlumat olmayıb.
34 yaşlı tennisçi yanvarın 17-dən 30-dək keçiriləcək Avstraliya Açıq çempionatında iştirak etməyi planlaşdırırdı. Avstraliya hakimiyyəti onun taleyi ilə bağlı yekun qərarı yanvarın 10-da verəcək.
Mənbə: lenta.ru