Bolqarıstanda COVID pasportu olmayanlar parlamentə buraxılmayacaq

08:00 08-01-2022 709

Bolqarıstanda COVID pasportu olmayanlar parlamentə buraxılmayacaq.

Bolqarıstan Xalq Məclisi üzvlərinin səs çoxluğu ilə qəbul etdikləri qərar bütün parlament əməkdaşları, o cümlədən deputatlara şamil olunub.

Təklifin müzakirəsi beş saata yaxın davam edib.

Qərara əsasən, COVID sertifikatı olmayan (tam peyvənd kursunu bitirməmiş və ya koronavirusa yoluxmamış) deputatlar öz hesablarına məcburi müayinədən keçməlidirlər. Administrasiyanın məsul işçiləri, deputat qruplarının üzvləri və jurnalistlər üçün müayiə parlamentin büdcəsi hesabına həyata keçiriləcək.

Bolqarıstan parlamentinə daxil olmaq üçün COVID pasportu tələbi yanvarın 24-də qüvvəyə minəcək.

Mənbə: TASS