Göyçayda avtomobil piyadanı vuraraq öldürdü

18:00 08-01-2022 614

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün Göyçay şəhərinin Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

Rayon sakini Tərlan Nuriyev “Ford” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1957-ci il təvəllüdlü Qasımov Zabit Məmmədhüseyn oğlunu vurub. Xəsarət alan şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, Zabit Qasımov xəstəxanada dünyasını dəyişib.

Avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.