İran Süleymaniyə qarşı əməliyyatda əli olan 51 nəfərə sanksiya tətbiq etdi

23:00 08-01-2022 516

İran hökuməti general Qasım Süleymaniyə qarşı əməliyyatda iştirakı olan 51 ABŞ vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Qeyd olunub ki, sözügedən şəxslər Qasım Süleymaniyə qarşı əməliyyatla bağlı qərar verən, planlaşdırma aparan, təşkil edən, maliyyələşdirən, dəstək verən və ya rəhbərlik edən şəxslərdir.

Siyahıya o cümlədən ABŞ qərargah rəisləri komitəsinin sədri Mark Milli və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Robert Obrayen da daxil edilib.

Mənbə: RT