Rusiyalı doqquz yaşlı qardaşı oğlunu çəkiclə döyüb və intihar edib

01:00 10-01-2022 394

Moskvada rusiyalı doqquz yaşlı qardaşı oğluna çəkiclə hücum çəkib. Bundan dərhal sonra isə o, intihar edib.

Qeyd olunur ki, kişi əvvəllər böyrəklərində problem olduğu üçün yatdığı xəstəxanada COVID-19-a yoluxub. Bundan sonra onun psixi problemləri yaranmağa başlayıb və o, antidepresanlar qəbul etməli olub.

Faciə baş verən gün arvadının qardaşı ailəsi ilə birlikdə ona baş çəkməyə gəlib. Kişi qardaşı oğlunu otağa itələyərək çəkiclə döyməyə başlayıb. Hücum edənin arvadı qapını sındırsa da, kişi artıq intihar edib. Uşaq isə ağır vəziyyətdə tibb müəssisəsinə çatdırılıb.

Mərhum Rusiyanın ən böyük banklarından birində İT mütəxəssisi işləyib və heç vaxt psixi problemləri olmayıb.

Onun üç ali təhsili və xoşbəxt ailəsi var idi.

Mənbə: lenta.ru