Türkiyədə möcüzə: Səkkizinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
02:00 10-01-2022 272

Bursada binanın 8-ci mərtəbəsindəki eyvandan yıxılan qadın yerə 10 metr qalmış başqa bir eyvanın damına düşərək sağ qalıb.
3-cü mərtəbədəki eyvanın damına düşən xanım dərhal xəstəxanaya çatdırılıb.
Hadisə zamanı evdə olan qadının həyat yoldaşı ifadə vermək üçün polis bölməsinə aparılıb.
Qonşular qadının sağ qalmasını möcüzə kimi qiymətləndiriblər.
Mənbə: “Haber Global”