Meksikada koronavirusa yoluxmada antirekord qeydə alındı
09:00 10-01-2022 311

Meksikada bütün pandemiya dövrü ərzində ən çox gündəlik COVID-ə yoluxma faktı qeydə alınıb.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində 30 371 nəfərdə koronavirus aşkarlanıb.
Əvvəlki pik yoluxma sayı keçən il avqustun 18-də 29 min olmaqla qeydə alınıb.
Ümumilikdə, pandemiya ərzində yoluxanların sayı 4,1 milyonu ötüb ki, onlardan 155 mini aktiv xəstələrdir.
Həmçinin, 300 mindən çox insan ölüb ki, onlardan 202-si son 24 saat ərzində həlak olanlardır.
Mənbə: unn.com.ua