Azərbaycanda 12 min manatlıq oğurluğun görüntüləri - ANBAAN VİDEO

15:00 10-01-2022 377

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş Elçin Rüstəmov və Sahib Hüseynov 2021-ci ilin müxtəlif vaxtlarında rayon ərazisindəki üç mağazanın dam örtüyünü deşərək qeyri-qanuni yola daxil olaraq oradan ümumilikdə 12 000 manat dəyərində olan tütün və gündəlik tələbat mallarını oğurlayıblar. Daha sonra həmin şəxslər oğurladıqları malları Gəncə şəhərində satıblar.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.