Hulusi Akar Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün xüsusi nümayəndəni qəbul edib - FOTO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Respublikasının Ermənistanla münasibətlərin normallaşdırılması prosesi üçün xüsusi nümayəndəsi Sərdar Kılıçı qəbul edib.
Bu barədə hərbi qurumun “Twitter” hesabında məlumat paylaşılıb.
Millî Savunma Bakanı Hulusi Akar, Türkiye-Ermenistan Normalleşme Süreci Özel Temsilcisi Büyükelçi Serdar Kılıç’ı kabul etti.#MSB #HulusiAkar pic.twitter.com/RKizwERRhI
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) January 10, 2022
Qeyd edək ki, ötən il dekabrın 13-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu münasibətlərin tənzimlənməsi üçün Ankara və İrəvanın xüsusi nümayəndələr təyin edəcəklərini . Onun sözlərinə görə, bu istiqamətdə hər bir addım Azərbaycanla birgə atılacaq. Dekabrın 16-da isə Türkiyənin Vaşinqtondakı sabiq səfiri, diplomatiya sahəsində böyük təcrübəyə malik Sərdar Kılıç Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi üçün xüsusi nümayəndə təyin edilib.