Adil Şirinov “Aurus” şirkətinin baş direktoru vəzifəsini tərk edib

21:00 10-01-2022 421

Azərbaycanlı iş adamı Adil Şirinov Rusiyanın elit avtomobillər istehsalçısı olan “Aurus” şirkətinin baş direktoru vəzifəsini tərk edib.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, o, vəzifəsindən öz istəyi ilə istefa verib. Hazırda baş direktorun vəzifələrini əvvəllər şirkətin icraçı direktoru vəzifəsini tutmuş Nikolay Xodoseviç yerinə yetirir.

Qeyd edək ki, Adil Şirinov 1964-cü ildə Sumqayıtda anadan olub. Orta təhsilini Bakıdakı 27 saylı məktəbdə alan gələcək biznesmen 1982-ci ildə Rusiyaya köçərək təhsilini orada davam etdirib.

Mənbə: TASS