Mbappe: “Kərimin yenidən bizimlə olmasına çox şadıq”

08:00 11-01-2022 73

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa millisində birlikdə çıxış etdiyi Kərim Benzema barədə fikirlərini açıqlayıb.

“O, hazırda yaşadığı hər şeyə layiqdir. Möhtəşəm oyunçudur və “Real” tarixində iz qoyub. Kərim Fransa millisinə qayıdıb və çox iş görür. Onun yenidən bizimlə olmasına görə şadıq”, - deyə K.Mbappe bildirib.

Qeyd edək ki, Kərim Benzema “Real”ın heyətində çıxdığı 584 qarşılaşmada 301 qol vurub və 152 məhsuldar ötürmə edib. O, komandası ilə dördü Çempionlar Liqasında olmaqla 19 kubok qazanıb.

Mənbə: Sports.ru

Xəbər lenti