Dörd nəfər dəm qazından zəhərləndi

10:00 12-01-2022 490

Bakıda və Abşeronda dəm qazından zəhərlənmə hadisələri baş verib.

“Report”un məlumatına görə, ilk hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Cabir qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

A.Məmmədzadə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Digər zəhərlənmə hadisəsi isə Bakının Xəzər rayonunda qeydə alınıb. 

Binə qəsəbəsində 2004-cü il təvəllüdlü Əsgərova Könül İbadulla qızı yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya çatdırılıb.

Daha bir zəhərlənmə Abşeron rayonunda baş verib.

Hadisə Digah qəsəbəsində qeydə alınıb. İki nəfər 1995-ci il təvəllüdlü Qasımova Fəridə Məhərrəm qızı və 1992-ci il təvəllüdlü Süleymanov İbrahim Etibar oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onların qohum olduğu bildirilir.

Hər üç faktla bağlı araşdırma aparılır.