Azərbaycanın baş prokuroru Moskvada iranlı həmkarı ilə görüşüb - FOTO

16:00 12-01-2022 147

Rusiyanın paytaxtı Moskva şəhərinə işgüzar səfəri çərçivəsində baş prokuror Kamran Əliyev İran İslam Respublikasının baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə ikitərəfli görüş keçirib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bu gün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilib.

Tərəflər qurumlar arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri, mütəşəkkil cinayətkarlığın, o cümlədən kibercinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi, ekoloji sahədə hüquqpozmaların, habelə cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması ətrafında səmərəli müzakirələr aparılıb.